📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda Tiktokla bağlı yeni rəsmi qərar verildi

2022-11-05 19:12:00

Azərbaycanda Tiktokla bağlı yeni rəsmi qərar verildi

Azərbaycan ərazisində Tiktok sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Hurriyyet.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır.