📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda toy yasa döndü, iki bacı öldü - YENİLƏNİB

2025-12-27 19:20:54

Azərbaycanda toy yasa döndü, iki bacı öldü - YENİLƏNİB

Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Hurriyyet.Az APA-ya istinadən xəbər verir ki, qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.

Digər xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.

 

18:43

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub.

Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.