📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda toyda qorxulu anlar - Qonaqlar çıxarıldı - FOTOlar

2023-10-21 20:22:31

Azərbaycanda toyda qorxulu anlar - Qonaqlar çıxarıldı - FOTOlar

Naxçıvanda toy keçirilən restoranda yanğın olub.

Hurriyyet.Az APA-ya istinadən bildirir ki, hadisə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda qeydə alınıb.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub.

Məqaləyə dair fotomateriallar: