Azərbaycanda Türkiyə vətəndaşlarının səsverməsi başa çatdı
2023-05-08 16:45:00
Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsi başa çatıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfirliyi məlumat yayıb.
Bakıda səfirlik, Gəncə və Naxçıvanda konsulluq binalarında 15 seçki qutusu qurulub.
Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində səs vermək üçün Azərbaycanda yaşayan Türkiyə vətəndaşları 5,6,7 may tarixlərində səsvermədə iştirak edib.
Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququndan faydalanıb.