📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda universitetdə yanğın başladı

2023-12-21 13:37:02

Azərbaycanda universitetdə yanğın başladı

Gəncədə yanğın hadisəsi baş verib. 

Hurriyyet.az xəbər verir ki, hadisə Azərbaycan Texnologiya Universitetində qeydə alınıb. Təhsil müəssisəsinin I korpusunun üçüncü mərtəbəsində yanğın başlayıb. Sinif otaqlarından birinin 5 kvadratmetr sahədə döşəməsi yanıb. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadası cəlb olunub. Alov söndürülüb. Binanın digər hissələri yanğından mühafizə edilib. 

yenisabah.az