Azərbaycanda vəzifəli şəxs aptekə BASQIN ETDİ
2023-07-07 09:45:00
Astara rayonunda aptekə basqın olub.
Hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.
Emil Kazımova məxsus aptekə gələn rayonun Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadov aptek sahibinə hədə-qorxu gələrək 40 min dollar tələb edib.
Sahibkar bu barədə dərhal polisə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Lent.az