📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda vəzifəli şəxsin altı min manatlıq qızılı oğurlandı

2024-05-31 20:43:02

Azərbaycanda vəzifəli şəxsin altı min manatlıq qızılı oğurlandı

Azərbaycan Texnologiya Universitetinin prorektor köməkçisi vəzifəsində çalışan Nübar Hacıyevanın qızıl-zinət əşyaları oğurlanıb.

Göygöl rayonunun Qırıxlı kəndində yaşayan N.Hacıyevanın evindən altı min manat dəyərində qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxıb. Hadisə barədə polisə müraciət edilib və faktla bağlı cinayət işi açılıb.

Araşdırmalarla oğurluq əməlinin evdə ayda bir dəfə təmizlik işləri görən 1966-cı il təvəllüdlü Sevda Məmmədova tərəfindən törədilməsi müəyyən edilib.

O, oğurladığı əşyaların iki min manatlıq hissəsini geri qaytarıb. \\Publika.az