📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda vəzifəli şəxsin istefa tələbi ilə aksiya keçirilir

2023-02-20 11:06:00

Azərbaycanda vəzifəli şəxsin istefa tələbi ilə aksiya keçirilir

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilir. 

Hurriyyet.az xəbər verir ki, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzfəsindən azad edilməsini tələb edirlər. 

Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir. 

Qeyd edək ki, bu təyinada qədər Məhnurə İsmayılova Zaqatala şəhər şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd tam orta məktəbində direktor işləyib./APA