📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycanda vəziyyət nəzarətimizdədir" - SEPAH HƏDDİNİ AŞDI

2023-05-04 13:56:00

SEPAH yenə Azərbaycana “ilişib”.

Hurriyyet.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ( SEPAH) Qüds Qüvvələrinin komandanı Sərdar Qaani Qum tələbələri ilə görüşündə Azərbaycan Respublikasında vəziyyətin nəzarət altında olduğunu bildirib.

O, Azərbaycan-İran münasibətləri ilə bağlı heç bir narahatlığın olmadığını deyib.

“Azərbaycan üçün narahat olmayın, vəziyyət müşahidə altındadır. Xüsusi bir şey olmayacaq”, – deyə SEPAH komandiri sərsəmləyib.