📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda xüsusi karantin rejiminin müddəti YENİDƏN UZADILDI

2026-09-19 13:03:14

Azərbaycanda xüsusi karantin rejiminin müddəti YENİDƏN UZADILDI

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Hurriyyet.media  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il yanvarın 2-si saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti bundan əvvəl 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılmışdı.