Azərbaycanda yaşayış binasında partlayış olub - xəsarət alanlar var
2023-06-13 21:00:00
Siyəzəndə yaşayış binasında partlayış olub.
"Hurriyyet.Az" APA-ya istinadla xəbər verir ki, hadisə 51 saylı binada yerləşən mənzillərin birində qeydə alınıb.
İlkin məlumata görə hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Sakinlər binadan təxliyə olunub.
Partlayışın səbəbi araşdırlır.