📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda yeni nazir müavinləri təyin ediləcək

2026-02-11 18:16:13

Azərbaycanda yeni nazir müavinləri təyin ediləcək

"Hesab edirəm ki, hər bir dövlət qurumunda, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır".

“Unikal” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.