Azərbaycanda yeni televiziya kanalı YARADILDI
2022-01-27 21:25:00
Azərbaycanda gələn ay yeni televiziya kanalı peykdən yayıma başlayacaq.
Bölgə kanalı olan “ARB - Şəki” bundan sonra “Kanal S” kimi peyk vasitəsilə dünyada yayımlanacaq.
Qeyd edək ki, inzibati binası Şəkidə yerləşən “ARB- Şəki” əvvəllər “Region TV”nin nəzdində “Kanal S“ kimi fəliyyət göstərib.
Yeni kanala hazırda “ARB” kanalının icraçı direktoru olan Rəşad Məmmədovun rəhbərlik edəcəyi deyilir. \\Redaktor