Azərbaycanda yeni vergi güzəştləri tətbiq olunacaq - Deputatın şərhi
"Yeni şərtlərin müəyyənləşdirilməsi, meyarların hazırlanması riskli olmayan, öz öhdəliklərini mütəmadi olaraq yerinə yetirən və şəffaf fəaliyyət göstərən verigi ödəyiciləri üçün yeni imkanlar yaradacaq".
Hurriyyet.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu konteksdən belə qaydaların hazırlanması bütövlükdəhəm vergi idarəetməsinin, vergi nəzarətinin təkmilləşdirilməsinə və sahibkarların vergi orqanları ilə münasibətlərinin daha sivil formada həyata keçirməsinə, sahibkarların daha şəffaf işləməsi baxımından vacibdir:

"Bu, vergi ödəyicilərinə risk qruplarından asılı olaraq yanaşma baxımından vacibdir. Burada əsas məqsəd ondan ibarətdir ki, hər hansı vergi ödəyiciləri riskli vergi ödəyiciləri deyilsə, artıq ona münasibət Dövlət Vergi Xidməti tərəfindən, həm də yoxlamalar aspektindən fərqli olacaq. Belə vergi ödyicilərinin praktik olaraq mütəmadi yoxlanmasına ehtiyac qalmayacaq. Daha çox elektron auditdən istifadə etməklə yoxlamalar həyata keçiriləcək”.
Vüqar Bayramov qeyd edib ki, dünya praktikasında olduğu kimi vergi ödəyicilərinin risklər üzrə qruplaşdırılması və münasibətin ona uyğun olaraq formalaşdırılması məqsədəuyğun idi.
Qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun tətbiqi barədə” fərman imzalayıb. Həmin fərmana görə, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri müəyyənləşəcək.