📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır

2024-11-29 16:52:18

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır

Azərbaycanda gələcək dövr üçün yeni Vergi Məcəlləsi üzərində iş aparılır.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əks etdirən, qanunvericiliyin birmənalı şəkildə tətbiqinə imkan verən daha sadə məcəlləni hazırlayıb təhvil verəcəyik", - deyə o qeyd edib.