📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda yoluxma kəskin azaldı, ölən yoxdur

2022-07-25 17:25:00

Azərbaycanda yoluxma kəskin azaldı, ölən yoxdur

Azərbaycanda koronavirusa 102 yeni yoluxma qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb. 

Bu barədə Hurriyyet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb.

Ölkədə indiyədək 796 576 nəfər koronavirusa yoluxub. Onlardan 784 908 nəfər müalicə olunaraq sağalıb, 9735 nəfər vəfat edib, aktiv xəstə sayı 1933 nəfərdir.

Son sutka ərzində 1860, hazırkı dövrədək isə 7 025 998 test aparılıb. 

Xatırladaq ki, ötən gün ölkədə 333 yeni yoluxma faktı qeydə alınmışdı.