Azərbaycanda yoluxmaların artmasına görə qapanmalara gedilir? - Prezidentin köməkçisindən RƏSMİ AÇIQLAMA
2021-08-20 11:23:00
Bu gün hər hansı bir sərtləşməyə getməyə ehtiyac yoxdur.
HURRİYYET.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda xəstələnənlərin öhdəsindən gələ bilinir:
“Əgər biz hiss etsək ki, həkimlər çatdıra bilmir, o zaman növbəti addımlarda sərtləşmə müzakirə oluna bilər".