📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT

2023-12-20 19:09:14

Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Aqil Qəribov nazir müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, A.Qəribov bu vəzifəyə qədər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri kimi çalışıb.