📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda zəlzələ oldu

2022-04-20 23:23:00

Azərbaycanda zəlzələ oldu

Aprelin 20-də yerli vaxtla saat 20:09-da Əli-Bayramlı stansiyasından 48 km cənub-şərqdə Neftçala rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Ocağı 32 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.