Azərbaycanda ZƏLZƏLƏ OLDU
2024-08-20 22:28:33
Lənkəran stansiyasından 78 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 21.03-də baş verən zəlzələnin maqnitudası 3,8, zəlzələ ocağının dərinliyi 38 km olub.