📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra saxlanılıb - Lavrov

2021-08-31 17:34:00

Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra saxlanılıb - Lavrov

“Əgər dəqiq olsaq, 9 noyabr bəyanatında qeyd olunan hərbi əsirlər həmin vaxta qədər əsirlikdə olanlardır”.

Hurriyyet.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra, noyabrın sonunda saxlanılıblar.

S. Lavrovun sözlərinə görə, bütün bunlara baxmayaraq, Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarında, eyni zamanda, digər səviyyələrdə Azərbaycan tərəfinə siqnal göndərilir, saxlanılanların şərt irəli sürmədən azad edilməsinə çağırış edilir:

“Bu vacib humanitar addım olardı. Biz bu mövqedən çıxış etməyə davam edəcəyik. Əlbəttə ki, yekun qərar bizdən asılı deyil. Biz bütün qarşılıqlı inam tədbirlərini aktiv şəkildə dəstəkləyirik”, – deyə Rusiya XİN başçısı vurğulayıb.