📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycandakı İran bankının vəziyyəti məlum oldu - HESABAT

2023-04-11 11:16:00

Azərbaycandakı İran bankının vəziyyəti məlum oldu - HESABAT

Azərbaycanda fəaliyyət göstərən İran kapitallı yeganə bank - İran Milli Bankının Bakı flialı 2023-cü ilin birinci rübünün nəticələrini açıqlayıb.

Hurriyyet.az bankın məılumatlarına istinadən xəbər verir ki, hesabat dövründə iran bankının faiz gəlirləri 798 min manat, faiz xərcləri isə cəmi 19 min manat olub.

Bundan başqa bank xarici valyuta əməliyyatlarından 113 min manat gəlir əldə edib, eləcə də aktivlərin dəyərsizləşməsi üzrə ayrlmış ehtiyatlardan 140 min manat geri qaytarılıb. Bankın inzibati xərcləri bu dövrdə 497 min manat təşkil edib.Nəticədə bank, birinci rübü 621 min manat xalis mənfəətlə başa vurub.