📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycandan açıqlama gözləyirik... - Mirzoyan

2022-01-28 13:19:00

Azərbaycandan açıqlama gözləyirik... - Mirzoyan

Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyasına başlamaq təklifi ilə bağlı Azərbaycandan açıqlama gözləyir.

Hurriyyet.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Soruşsanız ki, niyə demarkasiya və delimitasiya ilə bağlı təkliflər Azərbaycan üçün qəbuledilməzdir - hələ dəqiq bilmirik, təkliflər dəqiqləşmə mərhələsindədir. Müzakirələr davam edir, hansı hissənin onlar üçün qəbuledilməz olduğu və hansı əsaslarla və hansı yeni həll yollarının mümkünlüyünü aydınlaşdırmağa çalışırıq”, - Mirzoyan bildirib.