📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycandan Ermənistana yük getdi - YENİLƏNİB

2026-05-06 11:45:42

Azərbaycandan Ermənistana yük getdi - YENİLƏNİB

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 4 vaqon gübrə və 4 vaqon taxıl "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

***

09:38

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir.

Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.