📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana növbəti tədarük - Fotolar

2026-08-20 15:51:18

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana növbəti tədarük - Fotolar

Avqustun 20-si Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Hurriyyet.media  AZƏRTAC-a istinadən xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

İndiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 44 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, bu günə kimi Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.