Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi AÇIQLANDI
2022-04-14 12:59:00
Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb.
Trend-in sualını cavablandırarkən Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib ki, növbəti Ümrə ziyarəti may ayının 5-nə planlaşdırılıb.
Onun sözlərinə görə, hazırda Ümrə ziyarəti üçün sənədlərin toplanması davam edir
Qeyd edək ki, mayın 5-nə nəzərdə tutulan Ümrə ziyarəti üçün qiymət 1600 dollar təşkil edir.