📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycandan qovulan terrorçu ölkəyə gəldi, DTX... - Video

2023-08-11 14:43:00

Azərbaycandan qovulan terrorçu ölkəyə gəldi, DTX... - Video

Azərbaycan vətəndaşlığından məhrum edilən terrorçu Kamran Azər oğlu Zülfüqarov qeyri-leqal yolla ölkə ərazisinə keçib.

Hurriyyet.az Xezerxeber.az-a istinadən xəbər verir ki, terrorçunun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra həmin şəxs saxlanılıb.

Kamran Zülfüqarovun daxil olduğu cinayətkar dəstənin üzvləri, qarşı tərəfdə vahimə yaratmaq üçün ələ keçirdikləri şəxslərin başlarını kəsərək, nümayiş etdiriblər.

Onun Azərbaycanda gizləndiyi yer və saxlanılması barədə eksklüziv məlumatlar bu gün axşam saat 21:00-da "Xəzər Xəbər"in xüsusi buraxılışında təqdim ediləcək.