📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycandan Rumıniyaya boru kəməri ilə qaz axını başladı

2023-01-03 13:08:00

Azərbaycandan Rumıniyaya boru kəməri ilə qaz axını başladı

2023-cü il yanvarın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti Rumıniyanın "Romgas S.A" şirkəti vasitəsilə Rumıniyaya təbii qaz tədarük etməyə başlayıb. Bu SOCAR-ın "Romgas S.A" ilə imzaladığı tədarük müqaviləsində nəzərdə tutulub.
Müqavilə Trans-Adriatik Boru Kəmərinin (TAP) Komotini (Yunanıstan) çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan (IGB) birləşdirici qaz kəməri ilə təbii qazın planlı nəqlini nəzərdə tutur. Müqavilə 2023-cü ilin 1-ci rübündə SOCAR Rumıniyaya 300 milyon kubmetr qaz tədarük etməyi nəzərdə tutur.
Boru kəməri ilə qaz tədarükü ilə yanaşı, Azərbaycan Rumıniya ilə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü məsələsini müzakirə edir. Tədarük Trans-Qara dəniz marşrutu ilə planlaşdırılır, mayeləşdirmə Gürcüstandakı LNG zavodunda həyata keçiriləcək.
Bakı Qara dənizin dibi ilə sualtı kabel çəkməyi və Avropaya elektrik enerjisi verməyi də planlaşdırır.

Ülviyyə, Hurriyyet.az