📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycanfilm” kinostudiyasının direktoru işdən çıxıb - Yeni direktor təyin olunub

2022-03-04 15:49:00

“Azərbaycanfilm” kinostudiyasının direktoru işdən çıxıb - Yeni direktor təyin olunub

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.

Report xəbər verir ki, bu barədə F.Əhmədov özü bildirib.

Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən ayrılıb.

F.Əhmədov fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.

Qeyd edək ki, Fariz Asif oğlu Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.

Həmçinin mədəniyyət naziri Anar Kərimovun əmri ilə kinostudiyaya yeni direktor təyin olunub. Bu vəzifəyə Nazim Abbasov təyinat alıb.

Report.az