📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanı “Avroviziya”da bu ifaçı təmsil edəcək - Foto

2022-02-16 10:32:00

Azərbaycanı “Avroviziya”da bu ifaçı təmsil edəcək - Foto

Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin kimliyi müəyyənləşib. 

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanı İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.

Azərbaycanı “Avroviziya”da bu ifaçı təmsil edəcək - Foto