📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanı çökdürmək istəyən düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərən dövlət başçımızın hadisələrə ... – ELDAR SABİROĞLU YAZIR

2022-11-08 22:01:00

Azərbaycanı çökdürmək istəyən düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərən dövlət başçımızın hadisələrə ... – ELDAR SABİROĞLU YAZIR

Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin bu gün Zəfər Günü münasibətilə Şuşada təşkil olunan möhtəşəm tədbirdə tarixi çıxışı 44 günlük Vətən müharibəsi səlnaməmizə silinməsi mümkün olmayan səhifələr yazdı.

Mən bu unudulmaz tarixi nitqi şanlı müharibə tariximizin dərindən və bənzərsiz təhlili baxımından həm də böyük bir əsər adlandırardım. Bizlər köçüb gedəcəyik. Gələcək nəsilllər isə bu çıxışı mütləq oxuyacaq və Azərbaycanı çökdürmək istəyən düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərən dövlət başçımızın hadisələrə, bizi istəyən və istəməyən qüvvələrin siyasi manevr və hərəkətlərinə yanaşma tərzi ilə sözün əsl mənasında fəxr edəcəklər!

 

Eldar SABİROĞLU,

Sabiq millət vəkili, ehtiyatda olan polkovnik