Azərbaycanı danışıqlarda o təmsil edir - Foto
Xəbər verdiyimiz kimi, hazırda Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndə heyəti ilə görüş keçirilir.
Hurriyyet.az-ın məlumatına görə, rəsmi Bakını görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov təmsil edir.
Qeyd edək ki, Ramin Məmmədovun özü əslən Qarabağdandır. O, 1979-cu ildə Ağdərə şəhərində anadan olub, orta məktəbə isə Şuşa şəhərində gedib. 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.
2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır.
Xatırladaq ki, R. Məmmədov bu il martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü.
