Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli oldu
2022-10-29 00:10:00
Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub.
Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcəklər.
AŞF-in təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub.
Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da 19 - 26 noyabrda keçiriləcək dünya çempionatında millinin şərəfini qoruyacaq. \\Manşet