📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın basketbol millisi bu gün Ermənistanla qarşılaşacaq

2022-07-27 12:36:00

Azərbaycanın basketbol millisi bu gün Ermənistanla qarşılaşacaq

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.