📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın bircə atom silahı yoxdur - Simonyan

2023-11-22 17:04:25

Azərbaycanın bircə atom silahı yoxdur - Simonyan

“Azərbaycanda atom bombasından başqa hər şey var”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, Ermənistanın silahlanaraq hücum etmək planları yoxdur:

“Azərbaycanın milyardlarla dollara alınmış silah-sursatına beynəlxalq ictimaiyyət diqqət yetirməli və sual verməlidir ki, Azərbaycana bu qədər silah nəyə lazımdır?”

Xatırladaq ki, Ermənistanın Fransanın ACMAT şirkətinə məxsus “Bastion” zirehli maşınlarını almasından sonra tərəflər arasındakı gərginlik yenidən yüksəlib. Azərbaycan iddia edir ki, Ermənistanın silahlanması yeni müharibə ehtimallarının artırılması anlamına gəlir.

yenisabah.az