Azərbaycanın BMT -yə üzvlüyünün 30 İLİ TAMAM OLDU
Bu gün – martın 2-də Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv olmasının 30 ili tamam olur. 2 mart 1992-ci ildə o vaxtkı prezident Ayaz Mütəllibovun imzası ilə Azərbaycan bütün dünyaya “var millətimin imzası imzalar içində” “dedi”. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistan qoşunlarının Azərbaycan Respublikasının ərazisindən çıxarılması haqqında 822 , 853, 874, 884 saylı 4 qətnamə qəbul etsə də, BMT-nin qətnamələri icra olunmadı. (Yeri gəlmişkən bu gün BMT Təhlükəsizlik Şurası Rusiya işğalçı qüvvələrinin Ukraynadan çıxarılmasını qət edib ) Yalnız 2020-ci ildə Azərbaycan Respublikası özü 28 illik işğala son qoydu. İndi ölkəmiz özü öz taleyini çözməyə qadirdir. Yaşasın Azərbaycan! “İmzalar içində imzamızın” 30 yaşı qutlu olsun !
Hürriyyet.az