📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın bu ərazilərində SARI XƏBƏRDARLIQ EDİLDİ

2024-06-18 20:32:14

Azərbaycanın bu ərazilərində SARI XƏBƏRDARLIQ EDİLDİ

İyunun 19-da Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib. 

Bu barədə Hurriyyet.Az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, sinoptiklərin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Neftçala, Salyan, Ordubad, Culfada sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.