📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın bu kəndinə Rusiyadan 2 meyit gəldi (TƏFƏRRÜAT)

2024-01-16 20:32:15

Azərbaycanın bu kəndinə Rusiyadan 2 meyit gəldi (TƏFƏRRÜAT)

Rusiyada iki azərbaycanlı dünyasını dəyişib.

Hadisələr Saratovda qeydə alınıb.

Zərdab rayon Yarməmmədbağı kənd sakini 56 yaşlı Gülümov Naqim Məmməd oğlu özünü öldürüb.

Həmin kəndin digər sakini, 43 yaşlı Yolçuyev Azad Mahmud oğlu isə ürəktutmasından vəfat edib.

Hər iki şəxsin meyiti doğulduqları kəndə gətirilərək dəfn edilib.

 

Lent.az