📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycanın bu konvensiyalara qoşulması çox önəmlidir” - Şarp

2022-04-01 13:12:00

“Azərbaycanın bu konvensiyalara qoşulması çox önəmlidir” - Şarp

"Regionda sülh üçün yeni minaların yerləşdirilməsi dayandırılmalıdır”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

"2020-ci ildə müharibə dayandıqdan sonra hər iki tərəfin (Azərbaycan və Ermənistan - red.) yeni minalar basdırmayacağına dair öhdəlik götürməsi olduqca önəmlidir. Əsas məqsəd olaraq gələcəyə fokuslanmaq lazımdır. Bölgədə sülhü təmin etmək üçün minaları təmizləmək və yeni minalar yerləşdirməmək lazımdır”, - deyə Şarp qeyd edib.

O əlavə edib ki, ölkəsinin BMT-nin İnkişaf Proqramına göstərdiyi yardım sayəsində bir çox britaniyalı ekspert ANAMA-ya dəstəyini nümayiş etdirib: "Minatəmizləmənin əsas elementlərindən biri də bu sahədə qəbul olunan konvensiyalarla bağlıdır. İrəli baxmaq üçün və Azərbaycanın bu sahədə liderliyini göstərmək üçün çox önəmlidir ki, Azərbaycan da bu konvensiyalara qoşulsun”.