📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın bu rayonunda qazın verilməsində FASİLƏ YARANACAQ

2021-12-02 21:35:00

Azərbaycanın bu rayonunda qazın verilməsində FASİLƏ YARANACAQ

Zaqatala rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Hurriyyet.az Azəriqaz-a istinadən xəbər verir.

Məlumata görə, noyabrın 3-də saat 09:00-dan işlər başa çatanadək “Zaqatala” QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə bağlı qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.