📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb

2024-01-28 00:05:10

Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb

Azərbaycan cüdoçusu Səid Mollayi Portuqaliyanın Odibelaş şəhərində keçirilən Qran-pridə medal qazanıb.

81 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc mükafata sahib çıxıb.

Bu gün tatamiyə çıxan Rəşid Məmmədəliyev və Nurlan Osmanov (hər ikisi 73 kq) medal qazana bilməyiblər.

Qeyd edək ki, ötən gün Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Yarış yanvarın 28-də başa çatacaq. \\Ölkə.az