📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın daha bir güləşçisi MEDAL QAZANDI

2021-10-05 00:28:00

Azərbaycanın daha bir güləşçisi MEDAL QAZANDI

Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

92 kq çəki dərəcəsinə təsadüf edən qarşılaşmada rəqib Belarus təmsilçisi Omarhacı Məhəmmədov olub.

Görüş Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb - 2:0.

Beləliklə, Azərbaycan sərbəst güləş yığması dünya çempionatında ikinci medalını qazanıb. Daha əvvəl Abubakr Abakarov (86 kq) da bürünc medala yiyələnib. \\Manşet.az