📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın daha bir güləşçisi qızıl medal qazandı - YENİLƏNİB

2024-10-29 22:42:05

Azərbaycanın daha bir güləşçisi qızıl medal qazandı - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

O, qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabı ilə qalib gələrək çempion olub.

Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medala yiyələnib.\\Ölkə.az

***

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

55 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə E.Əzizli qalib gəlib. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.\\Ölkə.az