📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın daha iki idmançısı Paris-2024-ə lisenziya qazandı

2024-06-21 23:28:08

Azərbaycanın daha iki idmançısı Paris-2024-ə lisenziya qazandı

Azərbaycanın daha 2 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Hurriyyet.Az qol.az-a istinadən xəbər verir ki, Serbiyanın Belqrad şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatının nəticələrinə əsasən təmsilçilərimiz - Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə rəsmi dəvət əsasında Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək keçiriləcək.