📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycanın daxili siyasətində Qarabağ problemindən sonrakı dövr başlayır" - ŞAHİN CƏFƏRLİ

2023-10-18 12:31:06

"Belə düşüncələr yaranıb ki, hakimiyyət Qarabağ probemini həll etdi, bundan sonra ona qarşı müxalifətçilik etməyə ehtiyac qalmayıb, bunun bir mənası yoxdur"

"Azərbaycanın daxili siyasətində Qarabağ problemindən sonrakı dövr başlayır. Bu yeni dövrün xüsusiyyətləri, ölkəmizdə müxalifətçilik fəaliyyətinin perspektivləri və ümumiyyətlə, müxalifətçiliyə nə dərəcədə zərurət olduğu barədə məncə, bundan sonra geniş müzakirələr açmağa ehtiyac var". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçinin sözlərinə görə, belə düşüncələr yaranıb ki, hakimiyyət Qarabağ probemini həll etdi, bundan sonra ona qarşı müxalifətçilik etməyə ehtiyac qalmayıb, bunun bir mənası yoxdur: "Təbii ki, mən əksini düşünürəm və zaman-zaman bu barədə fikirlərimi izah etməyə çalışacağam".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az