📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın əməkdar məşqçisi koronavirusdan dünyasını dəyişdi

2021-09-11 16:04:00

Azərbaycanın əməkdar məşqçisi koronavirusdan dünyasını dəyişdi

Azərbaycanın atletika üzrə əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Bəxtiyar Əsədov dünyasını dəyişib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov məlumat verib.

Onun sözlərinə görə, 53 yaşlı mütəxəssis koronavirusun qurbanı olub.

Qeyd edək ki, Gəncə şəhərində atletikanın inkişafında çox böyük əməyi olmuş Əsədov 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin müəllimi idi.