📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi... - Saakaşvili

2023-09-30 16:31:58

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi... - Saakaşvili

Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın Qərbə doğru meyillənməsi Cənubi Qafqazda əsas Rusiya paradiqmasını məhv etdi.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.

“Rusiya artıq Qafqazın üç ölkəsindən heç birinin dəstəyinə sahib deyil. Ona görə də müxalifət liderlərinin danışmasından asılı olmayaraq, mən artıq buradayam və bütün layiqli insanları birləşdirmək, o cümlədən kütləvi işə cəlb etmək üçün fəal iştirak edəcəyəm. Mən özüm də kadr səhvlərimdən çox şey öyrənmişəm, həbsxanada kimin kim olduğunu aydın görmüşəm və təkcə özümü deyil, bütün ölkəni həbsdən azad etmək fikrindəyəm”, - Saakaşvili bildirib./Axar.az/