📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın “Ərk” hüquq müdafiə təşkilatı Cenevrədə etiraz aksiyası keçirdi

2023-03-24 12:04:00

Azərbaycanın “Ərk” hüquq müdafiə təşkilatı Cenevrədə etiraz aksiyası keçirdi

2010-cu ildə Fransada qeydiyyatdan keçmiş və BMT-nin İqtisadi və Sosial Şurasında rəsmi QHT statusuna malik olan Azərbaycanın “Ərk” hüquq müdafiə təşkilatı Cenevrədə etiraz aksiyası keçirib. Aksiyada aşağıdakı mövzular qaldırılıb:
▪️ Güney Azərbaycanın, o cümlədən Urmiya gölünün pis ekologiyası;
▪️ ölüm hökmünün ləğvi tələbi;
▪️ qadın hüquqlarına dair tələblər;
▪️ ana dilində təhsilin olmaması;
▪️ siyasi məhbusların azad edilməsi.
Aksiyadan sonra təşkilat BMT-nin baş qərargahında BMT-nin İran üzrə xüsusi məruzəçisi, azərbaycanlı, kürd, bəluc hüquq müdafiəçiləri və Paris Vəkillər Kollegiyasının nümayəndələrinin iştirakı ilə konfrans keçirib. 

Ülviyyə, Hurriyyet.az