📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın Ermənistana sülh təklifinin məqsədi açıqlandı - RƏSMİ

2022-01-31 10:33:00

Azərbaycanın Ermənistana sülh təklifinin məqsədi açıqlandı - RƏSMİ

“Azərbaycan Ermənistana sülh təklif etməklə yeni insan təlafatını istisna etmək istəyir”.

Hurriyyet.az-ın xəbərinə görə, bunu Birinci vitse prezidentin köməkçisi Elçin Əmirbəyov “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, məcburi köçkünlərin qayıdışını təmin etmək məqsədilə azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq, yenidənqurma işləri aparılır: “Artıq bir neçə şəhərin Baş Planı da hazırdır. Bu işlər davam etdirilir”.