"Azərbaycanın əsas iqtisadi partnyoru Avropa ölkələridir və yaxın perspektivdə belə qalacaq" - ZAUR MƏMMƏDOV
"BRİKS-lə əməkdaşlığımıza kimlərinsə "birqütblü dünya ilə mübarizəsi" kontekstində baxılmamalıdır"
"Azərbaycan BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) daxil olarsa, bu, sırf iqtisadi, kommunikasiya layihələri ilə bağlı olacaq və ölkəmizin müxtəlif təşkilatlarda əksər üzv dövlətlər tərəfindən dəstəklənməsinə gətirib çıxara bilər". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.
Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, Azərbaycanın BRİKS-lə əməkdaşlığına kimlərinsə "birqütblü dünya ilə mübarizəsi" kontekstində baxılmamalıdır: "Azərbaycanın əsas iqtisadi partnyoru Avropa ölkələridir və yaxın perspektivdə bu belə olaraq qalacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az